"Caspian Servis" Yasamalda qanunsuz tikinti aparır? - Sakinlərdən ŞİKAYƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 5C ünvanında yaşayan sakinlər binanın həyətində aparılan qeyri-qanuni tikinti işləri səbəbindən narahatlıqlarını dilə gətiriblər. Sakinlərin sözlərinə görə, həyata keçirilən bu tikinti binanın konstruksiyasına ciddi zərər vurur.
Sakinlər bildirirlər ki, binanı tikən "Caspian Servis" şirkəti əvvəllər onlara həyətin abadlaşdırılacağını vəd etsə də, bu sözlər yerinə yetirilməyib.
"Bu binaya keçəndə "Caspian Servis" bizə vəd etdi ki, həyətdə uşaqlar üçün əyləncə mərkəzi olacaq, qadınlar, böyüklər üçün idman qurğuları quraşdırılacaq. Həyət abadlaşdırılacaq. Bunlar olmadı. Artıq 13 ildir".
Sakinlərdən biri tikintinin 2007-ci ildən başladığını qeyd edərək, işlərin hələ də bitmədiyini bildirib:
"2007-ci ildən bu binanı tikməyə başlayıblar. 2026-cı il daxil olur, hazırda da tikintini bitirməyiblər. Həyətin yarısını zəbt ediblər. Bağlayırlar ki, buraya sakinlər keçə bilməsin".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...