Buzovnanın qazılaraq asfaltlanmayan yolları
Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində sakinlər yol probleminin həll olunmamasından narazıdırlar.
BAKU.WS-in "qaynar xətt"inə daxil olan şikayətdə bildirilir ki, bir aydan artıqdır asfaltla örtülmüş yolun böyük bir hissəsi qazılaraq borular dəyişdirilib. Daha sonra qazılmış sahə yalnız torpaqla doldurulub və həmin vəziyyətdə də qalıb.
Sakinlərin sözlərinə görə, yağışlı havalar başlayanda həmin ərazi palçığa çevriləcək. Bu isə həm piyadaların, həm də avtomobillərin hərəkətini çətinləşdirəcək:
"İnsanlar işə getmək üçün avtobus dayanacağına, uşaqlar isə məktəbə bu yolla piyada gedirlər. Yağış yağanda isə hər kəs palçıq içində qalacaq. Maşınlar da palçığa batar, yolda görünməyən çalalara düşərək zədə ala bilər".
Onlar həmçinin qeyd edirlər ki, həmin yolun uzunluğu 500 metrdən çoxdur. Bundan əlavə, qəsəbədə bağlara aparan yollar da asfalt örtüyü olmadığı üçün yararsız vəziyyətdədir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, oktyabrın 27-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaq...