Buzlu yollarda qəza ehtimalı artıb - XƏBƏRDARLIQ

Hazırda ölkə ərazisində şaxtalı hava hökm sürür.
BAKU.WS xəbər verir ki, bununla əlaqədar olaraq, BDYPİ sürücülərə xəbərdarlıq edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın davam edəcəyini nəzərə alaraq, bir daha sürücülərdən mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi, yola hazırlıqsız çıxmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı xahiş edir.
Nəzərə almaq lazımdır ki, təchizatı kritik hava şərtlərinə cavab verməyən, xüsusilə şinləri normativ tələblərə uyğun gəlməyən avtomobillərin qarlı, buzlu yollarda istismarı digər sürücülər üçün əlavə çətinliklər yaradır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb ola bilər". - xəbərdarlıqda qeyd olunub.
Oxşar xəbərlər
İftar vaxtı – 2 mart 2025: Ramazanın 2-ci günü
Ramazanın ikinci günü – 2 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları: ✅ İmsak (orucun başlanğıcı): 05:47✅ İftar (orucun bitməsi): 18:48 İmsak və İftar va...
