Bütün “MilliÖN” köşklərində “BakıKart”ın balansını artırmaq mümkün olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“BakıKart” nəqliyyat kartlarının balansının artırılması xidməti bütün “MilliÖN” köşklərində əlçatan olacaq.
BAKU.WS xəbər verir ki, bunu APA-ya “Komtec” (“MilliÖN” ödəmə terminallarının operatoru) şirkətinin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, hazırda paytaxtda avtobus dayanacaqlarında quraşdırılan “MilliÖN” kartomatlarının sayı 150-dən çoxdur.
“Kartomatların sayının az olması müştəriləri narahat etməsin. Bu problemin köklü şəkildə həll olunması istiqamətində “BakıKart”la birgə yeni layihə hazırlanır.
Belə ki, mövcud olan bütün “MilliÖN” köşklərində “BakıKart” kartlarının balansının artırılması mümkün olacaq”, - deyə Ü.Əfəndiyeva qeyd edib.
Oxşar xəbərlər
Bakıda “BakıKart” və “MilliÖN” terminallarındakı problem nə vaxt həll olacaq? - FOTOFAKT - AÇIQLAMA
Bayramdan sonra ilk iş həftəsi sərnişinlər üçün ürəkaçan olmadı. Belə ki, sərnişinlər ictimai nəqliyyatdan istifadə edə bilmək üçün “BakıKART”-lara pul yükləyə...