Buraxılış imtahanlarının vaxtı açıqlanıb - QRAFİK

Apreldə keçirilməsi nəzərdə tutulan imtahanların qrafiki açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, DİM tərəfindən 2021-ci ildə keçiriləcək imtahanların siyahısı haqqında yanvar ayının sonlarında məlumat verilmişdi. Həmin vaxt fevral və mart aylarında keçiriləcək imtahanların qrafiki, aprel-sentyabrda keçirilməsi nəzərdə tutulan imtahanların isə aylar üzrə ardıcıllığı müəyyən olunmuşdu.
Müvafiq qurumlar tərəfindən sanitar-epidemioloji vəziyyətin kütləvi imtahanların keçirilməsi üçün əlverişli hesab olunacağı təqdirdə Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayı ərzində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur. İmtahan tarixləri və onların şəhər-rayonlar üzrə bölgüsü aşağıdakı cədvəldə verilib.
Qeyd edək ki, bütün imtahanlar yenə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyətin qoyulması və Qərargahın müəyyən elədiyi digər şərtlərin yerinə yetirilməsi ilə təşkil olunacaq.
Kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə ötən il olduğu kimi, bu il də imtahanlar ölkə üzrə müxtəlif şəhər və rayonlara bölünməklə 3 həftə ərzində (hər həftədə 2 gün) keçiriləcək.
Buraxılış imtahanlarından əlavə, aprel ayının 2-də GRE, 3-də notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı, 11-də isə inzibati icraçı vəzifələr (B növ) üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının I mərhələsinin vaxtı barədə mart ayının sonlarında məlumat veriləcək.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilmə qrafiki (cari ilin məzunları)
15 aprel | 16 aprel | 22 aprel | 23 aprel | 29 aprel | 30 aprel |
Gəncə-KəpəzQazaxQaxLənkəranAğdamTərtərİsmayıllıŞirvanSiyəzənXızıHacıqabul | NizamiSuraxanıBinəqədiSəbailSumqayıtGəncə-NizamiAğstafaOğuzAstaraAğcabədiŞamaxıSaatlı | GoranboyNaftalanZaqatalaCəlilabadBeyləqanAğdaşUcarSalyanXaçmazQobustan | XəzərQaradağYasamalNərimanovAbşeronMingəçevirBalakənMasallıFüzuliAğsuZərdabNeftçalaQuba | NaxçıvanGöygölŞəmkirŞəkiLerikBərdəGöyçaySabirabadQusarÖlkə üzrə tədrisiingilis, fransızdilində olan məktəblərBakı-xüsusi məktəblərÇilov | XətaiSabunçuNəsimiPirallahıSamuxDaşkəsənTovuzGədəbəyQəbələYardımlıYevlaxKürdəmirİmişliŞabranBiləsuvar |
- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
- Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.

Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...