Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) keçib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmanda əks olunub.
Qeyd edək ki, fərmanla İTSDA-nın əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib, nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb.
Oxşar xəbərlər
Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkə hesablarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır. Xüsusilə "WhatsApp" hesablarının ələ keçirilməsi, şəxsi yazışmaların ələ dü...