Bundan sonra qəbir yerləri satılmayacaq

19
dek
2018
11:42
“Azərbaycanda artıq “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib.Təsdiq edilən yeni qaydalar neqativ halların qarşısını alacaq. Bütün qəbir yerləri dəfni həyata keçirilənlərə nizamlı şəkildə veriləcək”.BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.Şöbə rəisi bildirib ki, qəbirlər sıra nömrələrinə uyğun olacaq: “Bu, neqativ halları, xaosu aradan qaldıracaq. Qəbiristanlıqlarda mənfi hallar var idi ki, qəbir yerləri satılırdı, pul tələb olunurdu.Bu qaydalardan sonra isə belə halların baş verməsinin qarşısı alınacaq. Bələdiyyələrin tərkibində qəbiristanlıqların idarə edilməsi ilə bağlı xüsusi qurum yaradılacaq”.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qəbir ölçüləri müəyyənləşdi
Azərbaycanda dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılacaq.BAKU.WS “report”a istinadən xəbər verir ki, bu, yeni təsdiqlənən “Qəbiristanlıqların salı...