Azərbaycanda bütün qəbirlər eyni formada olacaq - VİDEO

Azərbaycanda nümunəvi qəbiristanlıqlar yaradılacaq. Bunun üçün qanun layihəsi hazırlanıb və müvafiq qurumlarla müzakirə edilib.
BAKU.WS-in "Xezerxeber"ə istinadən verdiyi xəbərə görə, yeni qəbiristanlıqda bütün qəbirlər eyni formada olacaq və bütün yerlər üçün standart qiymət tətbiq ediləcək.
Ölkənin bütün şəhər və kəndlərində yaradılması nəzərdə tutulan belə qəbiristanlıqlar üçün yeni qanun layihəsi də hazırlanıb və əlaqədar instansiyalarda müzakirə edilib. Yeni qəbiristanlıqlarda qiymət də ucuz olacaq və bütün yerlər üçün eyni tarif tətbiq ediləcək. Artıq kənd yerlərində belə qəbiristanlıqlara hansı qurumun nəzarət edəcəyi də bəllidir.
Yeni qanun layihəsinin yaxın aylarda müzakirə ediləcəyi gözlənilir. Bundan sonra nümunəvi qəbiristanlıqların dəqiq yerləri müəyyənləşdiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bu yerlərdə siqaret çəkmək qadağan olunur - SİYAHI
Azərbaycanda siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunacağı yerlərin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, APA-nın məlumatına görə,...