Bulvarda qışqıran gənc Psixiatriya Xəstəxanasına salındı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Dənizkənarı Milli Park ərazisində gənc oğlanın qışqıraraq qeyri-adekvat hərəkətlər etdiyini əks etdirən görüntülər yayılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxs aqressiv şəkildə qışqıraraq kənddən gəldiyini, sevdiyi qızı axtardığını deyib.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, gəncin şəxsiyyəti müəyyən edilib:
“İyunun 4-ü və 5-də Dənizkənarı Milli Park ərazisində uca səslə nalayiq ifadələr işlədən şəxslə bağlı vətəndaş müraciətləri daxil olub. Sağlamlıq vəziyyəti nəzərə alınaraq 1997-ci il təvəllüdlü M.Abbasov 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib, hazırda onun müalicəsi davam etdirilir”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...