Bulvarda batma təhlükəsi olan qadın xilas edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bulvarda batma təhlükəsi olan qadın xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıclar tərəfindən xilas edilərək, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Çimərlikdə skuter sürmək qadağandır? - AÇIQLAMA - FOTO
Son günlər vətəndaşlar dənizdə skuter sürmək istəyərkən aidiyyəti qurumların əməkdaşları tərəfindən əsassız maneələrlə rastlaşdıqlarını deyirlər. Belə ki, Dövlə...