Bu yolların təmirinə yarım milyon manat XƏRCLƏNƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul şəhərində yolların əsaslı təmiri ilə bağlı işlərə start veriləcək. Şəhərin bir neçə küçəsində aparılacaq bu təmir tədbirləri çərçivəsində həm yol örtüyünün yenilənməsi, həm də kommunikasiya xətlərinin bərpası nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi tender elan edilib.
Layihənin icrası üçün ümumilikdə 506 min manat vəsait ayrılıb. Təmir işlərinin mərhələli şəkildə və qısa müddətdə tamamlanması planlaşdırılır.
V. Quliyev, M. Gəncəvi və İ. Paşayev küçələrində aparılan işlər çərçivəsində yolların alt təbəqələri qum-çınqıl və qırmadaşla möhkəmləndiriləcək, bəzi yerlərdə isə dəmir-beton borular yenilənəcək.
Oxşar xəbərlər
Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?"
Baku TV-nin "Aktual Gündəm" verilişində zəlzələ təhlükəsi, binaların dayanıqlılığı və seysmik xəritələrin elmi əsasları ilə bağlı müzakirə aparılıb. Oxu.Az xəbə...