Bu yollarda diqqətli olun – Sürücülərə XƏBƏRDARLIQ

Bu yollarda diqqətli olun – Sürücülərə XƏBƏRDARLIQ
Sosial 231

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Hərəkət təmir aparılan hissələr üzrə qismən məhdudlaşdırılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, bundan başqa Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil 10-30 kilometrlik hissəsində, hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

İşlər bu gün axşam saatlarınadək davam edəcək. Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sürücülərə XƏBƏRDARLIQ - Bu ərazilərdə diqqətli olun!

Sürücülərə XƏBƏRDARLIQ - Bu ərazilərdə diqqətli olun!

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-lik his...

1323 Sosial 11:21 30 iyul 2018

Son xəbərlər