Bu xəstəxanalar qeyri-COVID olaraq xidmət göstərəcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir. Görülən əksepidemik tədbirlərin səmərəliliyi nəticəsində, pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb".
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat daxil olub.
Məlumatda bildirilir ki, TƏBİB bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib:
"Belə ki, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək".
Oxşar xəbərlər
Artıq COVID-19-a görə pul almaq mümkün olacaq
Türkiyədə iyulun 1-dən turistlər üçün xüsusi COVID-19 sığortası qüvvəyə minib. Turistlər bu pandemiya sığortasını razılaşdırılmış hava yolu şirkətlərində bilet...