Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir
Yeniliklərdən dərhal xəbərdar olun
Qısamüddətli geomaqnit qasırğası gözlənilir.
Bu barədə BAKU.WS-ə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmalar olub. Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır.
Məlumata görə, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, 28-29 iyun tarixlərində qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq. Geomaqnit aktivliyi göstərən Kp əmsalı 29 iyun tarixində sübh saatlarıda 3-4,8 intervalında dəyişəcək, saat 10.00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək.
Oxşar xəbərlər
Yerdə son 20 ilin ən güclü geomaqnit qasırğası olacaq - Azərbaycanı nə gözləyir?/FOTO
Mayın 10-12-si tarixlərində maqnit qasırğası G1 səviyyəsindən başlayacaq və ən güclü G4 səviyyəsinə, hətta bəzi anlarda G5 səviyyəsinə qədər qalxacaq. Bu sözlər...