Bu tarixi binalara edilən müdaxilələr söküldü - FOTO

Bu tarixi binalara edilən müdaxilələr söküldü - FOTO
Foto
Sosial 198

Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən operativ monitorinqlər davam edir.

Dövlət Xidmətindən BAKU.WS-in məlumatına görə, dislokasiyaya uyğun olaraq sentyabrın 20-də Bakı şəhəri Səbayıl rayonunda yerləşən tarix-memarlıq abidələri monitorinq edilib.

Paytaxtın Üzeyir Hacıbəyli küçəsində keçirilən monitorinq nəticəsində tarixi abidələrin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr müəyyən edilərək aktlaşdırılıb. Aşkar olunmuş müdaxilələrin aradan qaldırılması üçün obyekt sahibləri ilə maarifləndirici söhbət aparılıb. Eləcə də Dövlət Xidməti ilə abidə (bina) mülkiyyətçiləri və icarədarları arasında ümumi mühafizə öhdəliklərini ehtiva edən, həm də mülkiyyətçinin abidə ilə bağlı hüquqlarının əks olunduğu mühafizə müqaviləsinin bağlanmasının zəruriliyi diqqətə çatdırılıb.

Vətəndaşlarımızı, mülkiyyətində və ya icarəsində tarixi abidələr olan şəxsləri bir daha abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tarixi binalara edilən qanunsuz müdaxilələr aradan qaldırıldı - FOTO

Tarixi binalara edilən qanunsuz müdaxilələr aradan qaldırıldı - FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən...

235 Sosial 14:05 07 sentyabr 2022

Son xəbərlər