Bu tarixdə Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn həftə Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, artımlar 1,1 milyon vətəndaşı əhatə edəcək və Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən işlərin tərkib hissəsidir:
"Üç milyon vətəndaşı əhatə edən yeni sosial paket 1,1 milyon vətəndaşın pensiyalarında, minimum əmək haqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımlarla reallaşır. Yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır".
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...