Bu şəxslərin ikinci dəfə koronavirusa yoluxma riski yüksəkdir
Yeniliklərdən dərhal xəbərdar olun
65 yaşdan yuxarı şəxslərin koronavirusa yenidən yoluxma riski yüksəkdir.
BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, bu barədə danimarkalı alimlər məlumat yayıb. Alimlərin araşdırmalarının nəticələri "Lancet" jurnalında yayımlanıb.
Tədqiqatçılar qeyd ediblər ki, ümumi cəmiyyətdə COVID-19-a qarşı qorunma 80%-dir. 65 yaşdan yuxarı insanlarla bağlı vəziyyətə gəldikdə, bu rəqəm təxminən 47 faizə düşür. Bu da o deməkdir ki, yaşlı insanlarda koronavirusa yoluxma riski daha yüksəkdir.
Alimlər onu da qeyd edib ki, bədənin təkrar infeksiyadan qorunması üçün ən etibarlı tədbir əhalinin bütün qruplarının peyvənd edilməsidir.
Yaşlılara vurulan peyvəndlər daxil olmaqla, dərmanların təsirli və təhlükəsiz olduğu göstərilib.
Oxşar xəbərlər
"Sinovac" peyvəndi nə qədər effektivdir? - AÇIQLAMA
"Hələ aprel ayında Çin peyvəndinin daha tez istehsal və tətbiq olunacağı məlum idi. Həmin peyvəndin həqiqətən də effektiv olacağı və pandemiyanın mərhələlərinin...