Bu şəxslərə verilən pullarla bağlı YENİ QƏRAR - 2024-cü il yanvarın 2-dək...

Bu şəxslərə verilən pullarla bağlı YENİ QƏRAR - 2024-cü il yanvarın 2-dək...
Sosial 5

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2024-cü il yanvarın 2-dək uzadılıb.

Qeyd edək ki, bu müddət “2023-cü il oktyabrın 2-də başa çatmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər