Bu şagirdlərlə bağlı xüsusi siyahı hazırlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
11-ci sinif buraxılış imtahanlarında 200 baldan yuxarı nəticə göstərənlərin arasında müəyyən şagirdlər var ki, onlar ali məktəblərə sənəd verməyib.
BAKU.WS Trend-ə istinadla məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi həmin şagirdlərə fərdi yanaşmaq üçün siyahını Təhsil Nazirliyinə təqdim edəcək.
"Çünki o uşaqların nəticələri çox yaxşıdır və öz yaşıdlarından fərqlənirlər. Həmçinin qeyd etmək lazımdır ki, hər il XI sinfi bitirən şagirdlərin təxminən 30 faizə qədəri ümumiyyətlə orta ixtisas məktəblərinə və ya ali məktəbə sənəd vermirlər", - deyə o əlavə edib.
Oxşar xəbərlər
DİM abituriyentlərə müraciət etdi
Dövlət İmtahan Mərkəzi (DİM) 29 və ya 30 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib. DİM-dən BAKU.WS-ə...