Bu şəxslərə YENİ MƏNZİLLƏR veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda müharibə əlilləri və şəhid ailələrinin dövlət tərəfindən xüsusi mənzil şəraitinin və sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, tədbirlərin davamı olaraq Gəncə şəhərində də bu kateqoriyadan olan şəxslərin mənzil şəraiti yaxşılaşdırılır.
Belə ki, əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzil veriləcək.
Sosial Xidmətlər Agentliyi artıq bir müddətdir bununla bağlı hazırlıqlara başlayıb və satınalma müsabiqəsi elan edib. Lakin ümumilikdə 40 mənzilin satın alınması ilə bağlı dəyəri 2 milyon 866 min manat proqnozlaşdırılan tender satınalmada iştirak etmək hüququ olan təchizatçıların sayının üçdən az olduğu üçün ləğv edilib.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...