Bu şəxslərə PULSUZ evlər veriləcək
15
apr
2025
09:18
Sosial Xidmətlər Agentliyi tərəfindən Ağstafa rayonunda şəhid ailələri və əlilliyi müəyyən edilmiş şəxslər üçün yeni mənzillər alınacaq.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə agentlik tərəfindən 3 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı tender elan olunub.
Tenderin ümumi dəyəri 844 min 470 manat təşkil edir.
Layihənin məqsədi həssas sosial qruplardan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Mənzillərin alınması üçün nəzərdə tutulan yaşayış sahələri aidiyyəti standartlara uyğun olmalıdır.
Oxşar xəbərlər
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. BAKU.WS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, kor...