Bu rayonların bəzi ərazilərində işıq olmayacaq
Bu gün Biləsuvar və Yardımlı rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Azərişıq" ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Biləsuvar rayonunda 3.2 mVA gücündə transformatorda, Yardımlıda isə 35 kV-luq hava xəttində bu gün təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Biləsuvarın Nərimankənd, Səmədabad, saat 13:00-dan 15:00-dək Yardımlının Abdinli, Anzov, Arvana, Avaş, Bozayran, Bürzünbül, Gərsava, Hamarkənd, Köryədi, Kürəkçi, Qabaqdibi, Qaraqaya, Perimbel, Şəfəqli, Şiləvəngə, Urakəran, Vərgədüz kəndlərində, eləcə də şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Nizami rayonu, B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Binəqədi rayonu, 8-ci m...