Bu rayonda məktəb binası sökülərək YENİSİ TİKİLDİ

Bu rayonda məktəb binası sökülərək YENİSİ TİKİLDİ
Foto
Sosial 79

Ucar rayonunda uzun illərdir fəaliyyət göstərən 2 nömrəli tam orta məktəbin köhnə binası sökülərək yerində müasir tələblərə cavab verən yeni tədris kompleksi inşa edilib.

BAKU.WS-in məlumatına görə, tikinti işləri artıq başa çatdırılıb və yaxın günlərdə binada tədris prosesinə start veriləcək.

Yeni məktəb binası 3 mərtəbədən ibarət olmaqla, geniş və işıqlı sinif otaqları, fənn kabinələri, laboratoriyalar, akt zalı, idman zalı, eləcə də giriş-çıxışların tam təhlükəsizlik standartlarına uyğunlaşdırıldığı bir infrastrukturla təmin edilib.

Məktəbdə həmçinin elektron jurnal sistemi, videomüşahidə və müasir istilik-soyutma avadanlıqları quraşdırılıb.

Bu rayonda məktəb binası sökülərək YENİSİ TİKİLDİ

Qeyd edək ki, tikinti müddətində şagird və müəllim heyətinin tədris prosesi dayanmayıb. Sentyabr ayından etibarən 2 nömrəli məktəbin kollektivi dərsləri müvəqqəti olaraq 1 nömrəli məktəbin binasında keçirdi. Yeni kompleksin istifadəyə verilməsi ilə həm şagirdlərin, həm də müəllimlərin daha rahat və təhlükəsiz mühitdə fəaliyyət göstərməsi təmin olunacaq.

Yeni məktəb binasının açılışının yaxın günlərdə rəsmi şəkildə həyata keçiriləcəyi gözlənilir. Bu addım Ucar rayonunda təhsil infrastrukturunun yenilənməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm layihələrdən biri kimi qiymətləndirilir.

Son xəbərlər