Bu rayonda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Bu gün Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BAKU.WS-ə verilən məlumata görə, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli yarımstansiyasında profilaktik təmir və ölçü sınaq işlərinin aparılması məqsədi ilə Xaçmaz rayonu Nabran, Seyidli, Meşəli, Muxtardır, Aşağı oba, Sahillər və Dalğalı kəndlərində 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Paytaxtda su kollektorunun partlaması nəticəsində yaranan problem niyə həll olunmur?
Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında yerləşən yaşayış sahəsində su kollektorunun partlaması nəticəsində yaranan fəsadlar hələ də tam aradan...