Bu qəsəbədə işıq olmayacaq
Bu gün Qobu qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan BAKU.WS-ə verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qobu qəsəbəsində 3 dekabr tarixində 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələrində (KTM) təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək qəsəbənin bəzi ərazilərində – Səməd Vurğun və Hərbi şəhərçik küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Aylardır həllini tapmayan PROBLEM: Hökməlidə çirkab sular küçəyə axıdılır
Abşeron rayonunun Hökməli qəsəbəsində "Megastore" marketinin qarşısına yaxın ərazidə kanalizasiya xəttindən çirkab sular 3 aydır küçəyə axır. Bu barədə BAKU.WS...