Bu qəsəbədə 1200 abonentin qazı olmayacaq - Saat 13:30-dan...
06
yan
2026
12:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 1200 abonentin qaz təchizatında fasilə olacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən BAKU.WS-ə verilən məlumata görə, bu gün qəsəbədə diametri 89 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən, qəsəbədəki 1200 abonentin qaz təchizatı saat 13:30-dan etibarən müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...