Bu ölkədə vaksinasiyadan keçənlərə pul mükafatı veriləcək - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada koronavirusa qarşı vaksinin hər iki dozasını vurduran şəxslərə pul mükafatı veriləcək.
BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Zelenski “Telegram” kanalındakı videomüraciətində bildirib.
Onun sözlərinə görə, dekabrın 19-dan start götürəcək proqram çərçivəsində vaksinasiyasını tamamlayan şəxslərə 1000 qriven (təxminən 64 manat) ödəniləcək.
Bu vəsaitdən yalnız idman, kino zalları, teatr və muzeylərə səfər üçün istifadə edilməsi mümkün olacaq. Bununla da, pandemiyadan ən çox əziyyət çəkən sektorlara dəstək veriləcək.
Oxşar xəbərlər
ABŞ Prezidenti: üçüncü vaksinasiya hər kəs üçün pulsuz və əlçatan olacaq
Ağ Evdə çıxışı zamanı Prezident Bayden, COVID-19 əleyhinə üçüncü vaksinasiyanın ölkənin bütün sakinləri üçün pulsuz və əlçatan olacağını bildirib. Ağ Evin rəhbə...