Bu ölkədə ev heyvanlarının vaksinasiyasına başlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın bəzi bölgələrində baytar klinikalarında ev heyvanlarına koronavirus vaksini vurulmasına başlanılıb.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığına Nəzarət Qurumu (“Rosselxoznadzor”) məlumat yayıb.
“Heyvanları xəstəlikdən qorumaq üçün qurum alimlər tərəfindən inkişaf etdirilən dünyanın tək vaksini “Carnivac-Cov”un ilk partiyaları dünəndən etibarən Rusiyanın müxtəlif şəhərlərinə göndərilib.
Vaksinasiya istehsalçı Federal Heyvan Sağlamlığını Qoruma Mərkəzindən vaksini satın alan özəl və dövlət klinikaları tərəfindən aparılır”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bu sahədə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir. BAKU.WS AQTİ-nin İctimaiyyətlə əlaqələr v...