Bu ölkə koronavirusun delta ştamına qalib gəldiyini elan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyada COVID-19-a yoluxma halları virusun delta ştamının özünü məhv etməsindən sonra azalıb.
BAKU.WS "Report"a istiadən xəbər verir ki, bunu Milli Genetika İnstitutunun professoru İturo İnoue "Japan Times" qəzetinə müsahibəsində deyib.
O, koronavirusun delta ştamının daimi mutasiyalar səbəbindən yoxa çıxdığını irəli sürüb.
Bundan əlavə, Yaponiyada yüksək peyvəndləmə və infeksiyadan qorunmaq üçün tədbirlərə riayət edilməsi səbəbindən yoluxma halları azalıb.
Ölkədə üç ay ərzində yoluxmaların sayı 26 minə çatsa da, bu gün yoluxma 200-i keçmir.
Rusiyalı virusoloq, tibb elmləri doktoru, Seçenov Universitetinin Peşə Təhsili İnstitutunun İnfeksiya və Virusologiya şöbəsinin professoru Anatoli Altşteyn də koronavirusun delta ştammının özünü məhv etmə ehtimalını qiymətləndirib. Onun fikrincə, indi koronavirusun delta ştammının özünü məhv etməsi ehtimalı azdır, lakin yapon alimlərinin nəzəriyyəsində rasional taxıl var.
Oxşar xəbərlər
Koronavirus dəhşəti davam edir - Dünya ölkələri sərt tədbirlər görür
Dünyada koronavirusa yoluxanların sayı artaraq 63 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemiya...