Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşının işdən çıxarılmasına aydınlıq gətirilib - YENİLƏNİB

Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşının işdən çıxarılmasına aydınlıq gətirilib - YENİLƏNİB
Sosial 973

Dövlət Sosial Müdafiə Fondunun Qazax Şöbəsində 30-nəfər əməkdaşın işdən çıxarılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

O bildirib ki, bu istiqamətdə yayılan məlumatlar, işçilərin işdən azad edilməsi faktı əsassızdır.

****

17:34

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 30-a yaxın şəxsi işdən azad edib.

Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon Şöbəsinin 30 əməkdaşı işdən azad olunaraq, Fondun Tovuz rayonun şöbəsinə köçürülüb.

İlkin məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Qazax və Tovuz filialları birləşdirilərək, regional mərkəz yaradılır.

Hazırda Fondun Qazax Rayon Şöbəsində bir neçə əməkdaş qalıb, rəhbərlik səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq Nemət Mərdalıyeva həvalə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər