Bu məktəblərdə pilot ixtisaslar tədris olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəblərində yaradıcı sahələrdə peşəkar kadr hazırlığının gücləndirilməsi və innovativ tədris metodlarının tətbiqi məqsədilə növbəti tədris ilindən bir sıra pilot ixtisasların tədrisinə başlanacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni ixtisaslara rəqəmsal incəsənət çərçivəsində qrafik və dəb dizaynı, elektron musiqi, foto və videoqrafiya, dekorativ tətbiqi sənət daxildir.
Bu ixtisaslar incəsənət məktəbləri ilə Yaradıcılıq Mərkəzinin birgə fəaliyyəti əsasında, yeni kurikulum tətbiq edilərək tədris olunacaq. Seçim zamanı həm müasir dövrün tələbləri, həm də valideynlərin çoxsaylı müraciətləri nəzərə alınıb.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...