Bu marşrut xətti "Baku Bus"a verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabinetinin 52 nömrəli qərarının tələbləri əsasında 172 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin qalibi "Baku Bus" MMC elan olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Məlumata görə, vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi ilə "Ayşən-LTD" MMC-nin müvəqqəti istismarında olan 172 nömrəli müntəzəm marşrut xətti üzrə (Bilgəh qəsəbəsi – "Koroğlu" NMM) sərnişindaşımaları "Baku Bus"a həvalə edilib.
İyunun 15-dən bu xətt üzrə daşımalar dövlət şirkətinin istismarında olan müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə 10 000 nəfərə yaxın sakini olan Bilgəh qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...