Bu istiqamətlər üzrə avtobus marşrutları müsabiqəyə çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Bakı-Qusar, Bakı-Xudat, Sumqayıt-Sınıq Körpü, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Mingəçevir- Zaqatala, Yevlax-Lənkəran, Şəki-Mingəçevir, Beyləqan-Gəncə istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə Xankəndidə 1, 2 və 3 nömrəli şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Sənədlər 1 sentyabr saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Bakı-Qusar, Bakı-Xudat, Sumqayıt-Sınıq Körpü və Lənkəran-Astara istiqamətlərində 8 lot üzrə sentyabrın 15-də;
Astara-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Mingəçevir-Zaqatala, Yevlax-Lənkəran, Şəki-Mingəçevir və Beyləqan-Gəncə istiqamətlərində, eləcə də Xankəndidə 1 nömrəli (Qarabağ Universitetinin Klinikası – Zəfər Parkı), 2 nömrəli (Kərkicahan qəsəbəsi – Təbriz küçəsi) və 3 nömrəli (Qarabağ Universitetinin Klinikası – Şəhər mərkəzi) şəhərdaxili marşrutlar üzrə 8 lotda sentyabrın 18-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.
Oxşar xəbərlər
Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır?
Sosial şəbəkələrdə ideal görünüş əldə etmək istəyi bəzən sağlamlıq üçün ciddi təhlükələrə yol açır. BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, son dövrlərdə 1...