Bu il evlərin qiyməti UCUZLAŞACAQ? - VACİB AÇIQLAMA

Bu il evlərin qiyməti UCUZLAŞACAQ? - VACİB AÇIQLAMA
Açıqlama
Sosial 299

2026-cı il daşınmaz əmlak bazarı üçün maraqlı suallar doğurur.

BAKU.WS-in məlumatına görə. geridə qoyduğumuz il evlərin qiymətində müşahidə olunan sürətli artım, ipoteka şərtlərinin dəyişməsi, tikinti xərcləri və ümumi iqtisadi proseslər mövzunu daha da aktuallaşdırıb.

Gələcəklə bağlı müxtəlif fikirlər irəli sürülür, alıcılar isə qərar verməkdə tərəddüd edirlər. Mövcud göstəricilər və bazardakı siqnalları nəzərə alaraq 2026-cı ildə evlərin qiyməti ucuzlaşa bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə açıqlamasında deyib ki, daşınmaz əmlak 2025-ci ilin sonlarında ciddi qiymət artımına məruz qalıb:

"Biznes sahibləri və azad, sərbəst pul kütləsi əldə edən şəxslər daha çox daşınmaz əmlak bazarına yatırım ediblər. Bu səbəbdən daşınmaz əmlak bazarında ciddi qiymət artımları meydana gəlib.

2026-cı ildə daşınmaz əmlak bazarında alqı-satqıların azalacağı və qiymətlərin ucuzlaşacağı ilə bağlı açıqlamalar verilir. Amma bunlar kökündən səhv yanaşmadır. Bütün xərclərin artdığı bir zamanda daşınmaz əmlakın qiymətinin hansı əsaslarla azala biləcəyi çox müəmmalıdır. Yəni tikinti xərcləri artdığı və tikintinin həcmi azaldığı zaman qiymətlərin ucuzlaşması real görsənmir".

Orxan Hüseyn

Son xəbərlər