Bu il Azərbaycanda elektrik enerjisi tarifləri dəyişəcəkmi?
"Azərenerji" ASC 2017-ci ildə elektrik enerjisi tariflərinə yenidən baxmağı nəzərdən keçirmir.
BAKU.WS-in "APA-Economics" xəbər verir ki, bu barədə "Standard&Poor`s Global Ratings" (S&P) yaydığı məlumatda deyilir.
"2016-cı ilin dekabrında "Azərenerji" ASC tarifləri təxminən 33% artırıb. Bununla dövlət şirkəti SOCAR-dan aldığı qazın qiymətindəki 50%-lik artımı kompensasiya etmiş oldu. Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik", - deyə agentliyin mütəxəssisləri bildirib.
S&P qeyd edib ki, sonuncu tarif artımı "Azərenerji" ASC-nin maliyyə nəticələrinə təsir etməyib.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Bakının yarısı işıqsız qaldı - Rəsmi açıqlama
Bakının bəzi hissələrinin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb. "Azərişıq" ASC Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə saatl...