Bu il Azərbaycan Tibb Universitetindən neçə rezident məzun olacaq?- AÇIQLAMA
Hal-hazırda Azərbaycan Tibb Universitetində 737 rezident təhsil alır.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova məlumat verib.
O bildirib ki, ATU-da təhsil alan rezidentlərdən 138 nəfəri cari tədris ilində məzun olacaq:
"Tibb Universitetindən 2023-cü ildə 152 rezident, 2024-cü ildə isə 133 rezident məzun olub".
Qeyd edək ki, bu il qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 603 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 585 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Mingəçevirin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. "Martın 18...