Bu gündən metronun "28 May"–"Nizami" stansiyaları arasında hərəkət dayanır
Bakıda metro ilə bağlı bu gündən etibarən mühüm dəyişiklik qüvvəyə minib.
BAKU.WS xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən, avqustun 15-dən "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Sərnişinlərin daşınmasını təmin etmək üçün AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres avtobus marşrutu artıq avqustun 14-dən fəaliyyət göstərir.
Yeni ekspres xətlər üzrə hərəkət belədir:
M1: "Elmlər Akademiyası" – "28 May"M2: "İnşaatçılar" – "Nizami" – "28 May"
M3: "20 Yanvar" – "Nizami" – "28 May"
M4: "20 Yanvar" – "Koroğlu"
M5: "20 Yanvar" – "Gənclik"
M6: "Elmlər Akademiyası" – "Gənclik"
Bundan başqa, sərnişin sıxlığının qarşısını almaq məqsədilə 20 müntəzəm avtobus marşrutunda da avtobusların sayı artırılıb.
Söhbət 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlardan gedir.
Beləliklə, "28 May"–"Nizami" istiqamətindən istifadə edən sərnişinlər bu gündən etibarən metro əvəzinə təşkil edilən ekspres və gücləndirilmiş müntəzəm avtobus xətlərindən yararlana bilərlər.
Oxşar xəbərlər
"28 May"da vəziyyət necədir? - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gündən "Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb. Bu gündən metronun "28 May" və "Nizami"...