Bu gündən bu şəhər və rayonlarda ictimai nəqliyyat işləməyəcək - SİYAHI

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat həftəsonu işləməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərara əsasən, 31 oktyabr saat 00:00-dan 02 noyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Bundan başqa, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara edilmiş dəyişikliyə əsasən, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad və Masallı rayonlarında da 31 oktyabr saat 00:00-dan 02 noyabr saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.
Qeyd edək ki, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti də dekabrın 1-dək dayandırılıb.
Oxşar xəbərlər
Azərbaycanda karantin rejimi qismən yumşaldıldı - QƏRAR
Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş...