Bu gün Cabir Novruzun doğum günüdür

Bu gün Cabir Novruzun doğum günüdür
Sosial 126

Bu gün Xalq şairi Cabir Novruzun doğum günüdür.

Cabir Novruz 1933-cü ildə Xızı rayonunun Upa kəndində anadan olub. M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib.

1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz "Azərbaycan" ədəbi-bədii jurnalının, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub.

Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərib. Onun poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olub. Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, "Əməkdar incəsənət xadimi", Xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb.

Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.

Xalq şairi 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6451 Sosial 18:43 27 may 2022

Son xəbərlər