Bu gün bu saatlarda küçəyə çıxmaq məsləhət görülmür - XƏBƏRDARLIQ

Bu gün bu saatlarda küçəyə çıxmaq məsləhət görülmür - XƏBƏRDARLIQ
Sosial 2504

İyunun 13-14-də Abşeron yarımadası və Bakı şəhərində havanın temperaturunun 40 dərəcəyədək, aran bölgədə isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

BAKU.WS xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.

Havanın temperaturu bu gün Abşeron yarımadasında gecə 19-24, gündüz 35-40, Bakıda gecə 21-23, gündüz 38-40 dərəcə isti olacaq.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva bununla bağlı əhaliyə müraciət edərək vacib olmadığı halda günəş şüalarının daha aktiv olduğu saatlarda - 11-dən 17-dək küçəyə çıxmamağı tövsiyə edib:

“Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında günvurma və istivurma təhlükəsi bu riski bir qədər də artırır. Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür. Əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə, baş örtüyündən və ya çətirdən istifadə edin, kölgəli yerlərdə olmağa çalışın, özünüzlə su götürün və s”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nazirlikdən 13-14 iyun XƏBƏRDARLIĞI - Bu saatlarda küçəyə çıxmayın!

Nazirlikdən 13-14 iyun XƏBƏRDARLIĞI - Bu saatlarda küçəyə çıxmayın!

“Baş verən iqlim dəyişmələrinin təzahürlərindən biri də yay aylarında güclü isti günlərin sayının artmasıdır”. BAKU.WS APA-ya istinadla xəbər verir ki, bunu Mil...

6219 Sosial 12:24 12 iyun 2020

Son xəbərlər