Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramıdır
Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür.
BAKU.WS xəbər verir ki, 2006-cı ildən hər il noyabrın 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
İllər əvvəl ilk metro qatarının hərəkətə gətirilməsi paytaxt Bakının tarixinə əlamətdar gün kimi daxil oldu.
Metro və onun memarlıq üslubu ilə seçilən möhtəşəm yeraltı sarayları şəhərin rəmzləri sırasında layiqli yerini aldı. Həmçinin paytaxt sakinlərinə və qonaqlarına göstərilən yüksək xidmət mədəniyyəti sayəsində yeraltı polad magistral paytaxtın sevilən ictimai nəqliyyatına çevrildi.
Bu xidmət dövlət tərəfindən də həmişə yüksək qiymətləndirilib.
2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin yaradılması ilə həm metro istismarının, həm də inşaat işlərinin bir mərkəzdə cəmlənməsi bu iki mürəkkəb sahədə daha nizamlanmış, ardıcıl və keyfiyyətli iş aparılmasına, hər sahədə təchizatın gücləndirilməsinə, müasir standartlara cavab verən texnologiyaların geniş tətbiqinə şərait yaradıb.
Dövlətin daimi qayğısı və diqqətinin hər bir metropolitençini daha əzmlə və fədakarlıqla çalışmağa ruhlandırdırır.
Xatırladaq ki, 2022-ci ildə Prezident İlham Əliyev "Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.
İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.
Oxşar xəbərlər
DİM: Dövlət qulluğu imtahanlarında situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlanır
Dövlət qulluğunda ümumi səriştələrin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan yeni alət - situasiya mühakimə testləri üzrə tapşırıqlar...