Bu ərazilərdə işıq olmayacaq

Payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində 9 sentyabr tarixində təmir işləri aparılacaq.
Bu barədə "Azərişıq" ASC-dən bildirilib.
Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Xolmili, Kənarmeşə, Moğonojoba, Seyidəkəran, Şıxakəran, Şürük, Türkəkəran, Tütəpeştə, saat 10:00-dan 15:00-dək Darquba, Kərgəlan, Şağlaküçə kəndləri, saat 14:00-dan 16:00-dək Aşağı Nüvədi, Gərmətük qəsəbələri və Viyən kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Liman şəhərinin Baş planı təsdiq edilib
Lənkəranın Liman şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı təsdiq edilib. BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
