Bu ərazilərdə də qazlar kəsiləcək

Bu ərazilərdə də qazlar kəsiləcək
Sosial 150

İyunun 11-də Qəbələ və Şəkinin bir neçə kəndində təbii qazın verilişində fasilələr olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Qəbələ rayonu ərazisində Bum, Həmzəlli, Qəmərvan kəndlərinin bir hissəsini təbii qazla təmin edən 220, 160 mm-lik qaz xətlərinin kipliyə yoxlanması ilə əlaqədar 11.06.2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən kəndlərdə 2377 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Həmçinin, Şəki rayonu ərazisində Daşüz kəndində 219 mm-lik qaz xəttinin üzərinə balans sayğaclarının quraşdırılması üçün ölçü qovşağının və 200 mm-lik siyirtmənin, şəhər ərazisində isə 3 ədəd 100 mm-lik siyirtmənin quraşdırılması məqsədi ilə əlaqədar 11.06.2025-cü il tarixində saat 09:30-dan etibarən işlər başa çatanadək ümumilikdə Şəki şəhəri, 30 kənd və 1 qəsəbə 30 491 əhali abonenti və 542 qeyri-əhali abonentlərinin qaz təchizatının dayandırılması planlaşdırılır.

Son xəbərlər