Bu ərazidə qaz olmayacaq

Bu ərazidə qaz olmayacaq
Sosial 4

Bu gün səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz" İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, fasilələr mövcud qaz şəbəkəsindəki hansısa nasazlıqlarla bağlı deyil.

Belə ki, Xırdalan şəhərinin Heydər Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işləri aparılır. Bu işlərin gedişatına şərait yaradılması, eləcə də ərazidəki qaz kəmərlərinin təhlükəsizliyi üçün qaz təminatında müvəqqəti fasilələrə zərurət yaranıb.

Abadlıqla məşğul olan təşkilatların işləri yekunlaşdığı andan abonentlərin qaz təchizatı dərhal bərpa olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah bu ərazidə qaz olmayacaq

Sabah bu ərazidə qaz olmayacaq

Dekabrın 27-də səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır. “Azəriqaz” İstehsalat Birliyindən B...

8 Sosial 21:01 26 dekabr 2019

Son xəbərlər