Bu dərmanları reseptsiz almayın - Qulaq kar ola
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi hallarda antibiotiklərdən istifadə təhlükəli sayılır. İnsanlar sağlamlığını qorumaq və koronavirusa qarşı immuniteti formalaşdırmaq üçün antibiotiklərdən istifadə edirlər.
BAKU.WS xəbər verir ki, bu məsələdə təhlükəli məqamlar var.
Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla hesab edir ki, Azərbaycan Qərb təbabətinə keçsə də, bu standartları hələ tam mənimsəməyib: "Dünyanın bir çox ölkəsində sərbəst şəkildə antibiotik almaq mümkün deyil. Bu antibiotiklər yalnız resept əsasında təyin edilir və həkimin məsləhəti əsasında icra edilir.
Bizdə isə qonşunun sözü ilə antibiotiklər alınır və evlərdə istifadə olunur. Bəzən iynələr vurulan zaman anafilaktik şok, evdə ölüm halları baş verib. Antibiotiklər qətiyyən reseptsiz satıla bilməz, özbaşına vurula bilməz. Ümumiyyətlə, çalışmaq lazımdır ki, antibiotiklərdən mümkün qədər az istifadə olunsun.
Onlar konkret bakteriyalar, göbələklər, spor əmələ gətirən vegetativ formaya meyilli olan mikroorqanizmlərə qarşı mübarizədə istifadə olunan dərman preparatlarıdır. Onların virusa qarşı heç bir təsiri yoxdur. Antibiotikin COVID-19-da tətbiqi qətiyyən yolverilməzdir. Bu preparatlar bakterial faktor qoşularsa, əlavə ağırlaşmalar olarsa, yalnız həkim tərəfindən təyin olunmalıdır.
Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının protokolları var. Müalicə də həmin protokollara uyğun müəyyən edilib. Heç bir antiviral perimentin COVID-19 aktivliyi yoxdur. Temperatur olan halda antibiotiklərin işlədilməsi qətiyyən lazım deyil. Bunun xeyli yan təsirləri olur. Bəzi antibiotiklərdən istifadə zamanı qulaq kar ola, böyrəklər sıradan çıxa bilər. Antibiotiklərin mənasız yerə, hədəf olmadan istifadəsi qadağan edilməlidir. Apteklərdə antibiotiklər reseptsiz satılmamalıdır".
Oxşar xəbərlər
Orduya dəstək yürüşündə nə qədər insan virusa yoluxa bilər? - Həkimin cavabı
İyulun 14-də Bakıda keçirilən orduya dəstək yürüşlərindən sonra ölkədə koronavirusa yoluxanların sayının artacağı ilə bağlı narahatlıqlar var. Bəziləri təklif e...