Bu dərmanlar koronavirus xəstələrində immuniteti zəiflədir - RƏSMİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“COVID-19 diaqnozu təsdiq olunmuş pasiyenti həkim müalicə etməlidir”.
BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, bu məsələdə həkimin COVID-19 təcrübəsinin olması çox vacibdir:
“Xəstələrin böyük əksəriyyəti evlərdə müalicə olunur. Bu xəstələrin çoxunda yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri var. Əksəriyyətində ağciyər zədələnməsi yoxdur. Bu halda simptomatik dərmanlar istifadə edirlər. Ağır dərmanlara ehtiyac yoxdur. Fəsadlaşmamış pnevmoniya olduğu halda belə ağır dərmana ehtiyac yoxdur.
Antibiotiklərin istifadəsi xəstəliyə təsir etmir, əksinə, immuniteti zəiflədərək xəstəliyin kəskin dövrünə pis təsir edir. Bəzən elə olur ki, xəstəxanaya çatdırılan xəstədə o qədər antibiotikdən istifadə olunur ki, həkimlər üçün ona hansı antiboitikin verilməsi çətin bir suala çevrilir".
Oxşar xəbərlər
Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ
Koronavirusa yoluxmuş şəxslərin çoxu evdə müalicə alır. BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrası...