Bu dayanacaqda düşərkən "kəlmeyi-şəhadətinizi" oxuyun (VİDEO)

Bu dayanacaqda düşərkən kəlmeyi-şəhadətinizi oxuyun (VİDEO)
Video
Sosial 1137

Bakının bəzi yolları salınarkən orada insanların təhlükəsizliyi nəzərə alınmır. Bəzi yollarda piyada səkilləri qoyulmur, bəzilərində isə piyada keçidləri. Şəhərdə hər an ölüm təhlükəsilə dolu olan yollardan biri də Zığ şossesidir.

BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə daim maraqlı videosujetlər yayan blogger Tural Yusifov bildirib. O, Zığ şosesində yolun qeyri-peşəkarcasına salındığını sübut edən video yayıb. Videodan da görmək olar ki, avtomobillərin sürətlə şütüdüyü yolda avtobus dayanacağı qoyulub. Sınıq salxaq dayanacaqda piyadaların avtobusda gözləməsi üçün şəraitsizlik bir yana, burada insanların həyatını təhlükəyə atan bir çox nüanslar var.

Belə ki, avtobusdan düşən piyada yolun digər tərəfinə keçmək üçün əvvəlcə kəlmeyi-şəhadətini deməlidir. Daha sonra qohum-əqraba ilə vidalaşmalı və yolu keçməyə risq etməlidir. Piayda keçidi olmayan ikitərəfli yolun ortasında çəkilən dəmir maneə isə yenə də problemdir.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

DİQQƏT: "28 May"da svetofor qoyuldu – piyadalar cərimələnir

DİQQƏT: "28 May"da svetofor qoyuldu – piyadalar cərimələnir

İki gün əvvəl metronun "28 May" staniyasının yaxınlığında "28 mall"ın qarşısındakı piyada keçidinin yanına svetofor qoyulub. BAKU.WS-in avtosfer.az saytına ist...

4964 Sosial 14:21 06 noyabr 2015

Son xəbərlər