Bu çimərliklərə getmək TƏHLÜKƏLİDİR - Nazirlikdən XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Yay mövsümünün başlaması ilə əlaqədar çimərliklərdəki epidemioloji vəziyyət əsas müzakirə mövzusudur. Çünki Xəzərin Azərbaycana aid sahil zolağındakı mövcud çimərliklərin heç də hamısı tələblərə cavab vermir.
Səhiyyə Nazirliyinin apardığı monitorinqlər bunu deməyə əsas verir.
Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov İTV-yə bildirib ki, Bakı və Abşeron yarımadasında Hövsan, Türkan, Sahil və Şıx, eləcə də Sumqayıt çimərliklərində su normadan artıq çirkləndirilib və çimmək üçün yararsızdır:
"Bir sıra ərazilərdə yaşayış məntəqələri var ki, təmizləyici qurğular olmadığına görə, çirkab sular birbaşa dənizə axıdılır".
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Oxşar xəbərlər
AQTA tanınmış qida obyektlərini cərimələyib - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra qida obyektlərini cərimələyib. Bu barədə BAKU.WS-ə AQTA-dan bildirilib. Belə ki, 15-19...