Bu bürclər çox gec EVLƏNİRLƏR
Astroloqlar bəzi bürclərin ailə həyatı qurmağa digərlərinə nisbətən daha gec qərar verdiyini bildirirlər. Onların fikrincə, bu bürclər ciddi münasibətə addım atmadan öncə uzun müddət düşünür və emosiyalardan çox, sabitliyə və uyğunluğa önəm verir.
BAKU.WS xəbər verir ki, bu siyahıda ilk yerlərdə Dolça, Oğlaq, Əqrəb, Oxatan və Tərəzi bürcləri yer alır.
Dolçalar azadlıqlarına düşkün olduqları üçün uzunmüddətli münasibətə girməyə tələsmirlər.
Oğlaqlar isə karyerada müəyyən mövqe qazanmadan evliliyi düşünmürlər.
Əqrəblər münasibətlərdə tam etibar etmədən ciddi addım atmır. Oxatanlar isə sərbəstliklərini itirməkdən çəkinirlər.
Tərəzilər üçün isə doğru insanı tapmaq vacibdir - onlar romantikdirlər, lakin hər kəslə uyğunlaşmadıqlarına görə evlilik qərarını uzun müddət təxirə sala bilirlər.
Mütəxəssislər qeyd edir ki, bu bürclər gec evlənsələr də, bir dəfə qərar verdikdə uzunömürlü və dərin münasibət qurmağa meylli olurlar.
Oxşar xəbərlər
Şair Fəxrəddin Teyyub: "Aylarla yanında oturub sağalmasını gözləyirdim"
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı şair, publisist Fəxrəddin Teyyub olub. O, anasına olan bağlılığından söz açıb. "Anam xəstə olduğu üçün bi...