Bu avtobusların hərəkət sxemində dəyişiklik oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Fətəli Xan Xoyski küçəsindən Heydər Əliyev prospekti istiqamətində) aparılan təmir işləri ilə əlaqədar 2, 4, 5, 17, 24, 26, 38, 67, 202 və M8 nömrəli marşrutların hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib.
Dəyişikliyə əsasən, sözügedən marşrutların hərəkət sxemi müvəqqəti olaraq Faiq Yusifov, Əliyar Əliyev, Əhməd Rəcəbli, Gülarə Qədirbəyova küçələri ilə təşkil ediləcək.
Oxşar xəbərlər
4 marşrutun hərəkət sxemi dəyişdirilir
Sabah Bakının Heydər Əliyev prospektində aparılacaq təmir işləri ilə əlaqədar 4 müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik ediləcək. BAKU.WS Bakı Nəq...